Fransada pensiya islahatına qarşı etirazlar səbəbindən Eyfel qülləsi sabaha qədər bağlı olacaq.
7NEWS.az xəbər verir ki, Fransada pensiya yaşını 64-ə yüksəltməyi hədəfləyən pensiya islahatına qarşı ölkə daxilində verilən tətil qərarları səbəbiylə Eyfel qülləsinin sabaha qədər bağlanacağı açıqlanıb. Açıqlamada qüllənin ətrafını yerli vaxtla saat 21.00-a qədər ziyarət etmək mümkün olduğu bildirilib. Həmin gün energetika birlikləri üç günlük tətil etmək qərarına gəliblər.
7NEWS.az