“Fransada baş vermis hadisəyə bütün beynəlxalq təşkilatlar münasibət bildirməlidir!”- Elşən Musayev

OXUNUB: 462 GÜNDƏM Özəl SİYASƏT
"AzTV əməkdaşlarının Fransada hədələnməsi, hücuma məruz qalması və xəsarətlər alması birmənalı şəkildə cinayət hadisəsidir, fundamental insan hüquqlarının pozulmasıdır və buna görə məsuliyyət birbaşa Fransa dövlətinin üzərinə düşür.” -7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Eyni zamanda Fransa məmurlarının, xüsusən də təhlükəsizlikdən cavabdeh qurumların insan hüquqlarına bu cür dar çərçivədən baxması, məsələyə feodal təfəkkürlə yanaşması  böyük bir təəssüf hissi doğurur. 21-ci əsrdə bu cür davranış olmaz! Olmamalıdır! 21-ci əsrdə hamının gözü qarşısında baş vermis məlum vandalizm, məlum cinayət bütün sferalarda ifşa edilməlidir və beynəlxalq təşkilatlar baş vermis hadisəyə mütləq bir şəkildə münasibət bildirməlidir.

AzTV əmədaşları çəkiliş zamanı heç bir beynəlxalq standartları pozmayıblar və sadəcə informasiya almaq hüquqlarından istifadə ediblər. Belə olan halda həmin müxbir və operatorun hətta silahla hədələnməyə qədər ciddi təzyiqə məruz qalması qəbuledilməz, yolverilməzdir.

Fransa bu əməli ilə öz simasını, obrazını və əsl kimliyini ortalığa qoydu. Daha dəqiq söyləsəm: AzTV əməkdaşlarının hücuma və təqibə məruz qalması Fransa adında Avropa dövlətinin əslində nə qədər gerizəkalı və qeyri-demokratik olduğunu bir daha sübuta yetirdi.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR