Fransada daşqınlar gözlənilir

OXUNUB: 807 DÜNYA

Fransanın şimal-şərqində, 7 departamentdə leysanla əlaqədar narıncı təhlükə səviyyəsi elan olunub.

"Meteo France" Milli Meteorologiya Təşkilatı güclü yağışların daşqınlara səbəb ola biləcəyini bəyan edib.

Sinoptiklərin xəbərdarlığı sabah saat 09:00-dək qüvvədə olacaq

Xatırladaq ki, sentyabrın 10-da leysan İtaliyanın mərkəzi regionlarına ciddi ziyan vurub. Toskana vilayətində 8 nəfər daşqınların qurbanı olub, 15 min ailə zərər çəkib./trend

 

İcmal.Az

RƏYLƏR