Fransada dünya çempionatından sonra baş verən hadisələrdə 227 nəfər saxlanıldı

OXUNUB: 225 Özəl DÜNYA
2022-ci il futbol üzrə dünya çempionatının finalında Fransanın Argentinaya uduzmasından sonra ölkədə baş verən hadisələrdə 227 nəfərin saxlanıldığı bildirilib. 

7NEWS.az xəbər verir ki,  Le Figaro qəzetinin Fransa Daxili İşlər naziri Gerald Darmaninin açıqlamalarına əsaslanaraq verdiyi xəbərə görə, Fransa Qatarda keçirilən dünya kubokunu itirdikdən sonra paytaxt Paris başda olmaqla bir çox şəhərdə küçələrə çıxdı. 

Polis 47-si Parisdə olan 227 nəfəri məğlubiyyətdən sonra yoldan çıxdıqları səbəbilə saxlayıb. Parisin ən işlək küçəsi olan Yelisey meydanına basqın edən izdihamı təhlükəsizlik qüvvələri polisə atəşfəşanlıq və butulkalar atıb. 

Oxşar zorakılıq bir çox şəhərlərdə, o cümlədən Nitsa, Lion, Bordo və Rubaixdə baş verib. Hadisələr zamanı bəzi şəhərlərdə dükanlara və küçələrə ziyan dəyməsinə bələdiyyə sədrləri reaksiya verib. 

7NEWS.az

RƏYLƏR