Fransada etirazlarda bir nəfərin rezin güllələrlə öldürüldüyü açıqlanıb

OXUNUB: 325 Özəl DÜNYA
Fransada gənc sürücünün polis gülləsi ilə öldürülməsindən sonra başlayan etirazlarda həftə sonu sinəsinə rezin güllə dəyməsi nəticəsində bir nəfərin öldüyü bildirilib. 

7NEWS.az xəbər verir ki, ölkənin cənubundakı Marsel şəhərində iyulun 1-dən 2-nə keçən gecə etiraz aksiyaları zamanı 27 yaşlı bir gənc sinəsinə rezin güllə dəyərək dünyasını dəyişib. Marsel Prokurorluğu, 'ölümcül bir cisimlə vurulan bir adamın həyatını itirməsi' səbəbiylə hadisə ilə bağlı məhkəmə araşdırması başlatdı. 

Prokurorluğun açıqlamasında bildirilir ki, 27 yaşlı gəncin döş qəfəsinə rezin güllə dəyməsi nəticəsində dünyasını dəyişdiyi hadisənin baş verdiyi yer hələ tam müəyyən edilməyib. 

7NEWS.az

RƏYLƏR