Fransanın cənubundakı Buc-Bel-Air şəhərində, dünən ətraf mühit fəalları tərəfindən dağıdılan Fransanın Lafarge şirkətinə məxsus La Malle fabriki fəaliyyətini dayandırıb.
7NEWS.az xəbər verir ki, Fransız mətbuatında yer alan xəbərə görə, ağ xalatlı 200-ə yaxın ətraf mühit fəalı Fransanın Lafarge şirkətinin Bouc-Bel-Air şəhərindəki La Malle fabrikinə ziyan vurub. Zavodun bəzi texnikası yandırılıb, kabellər çəkic və ya balta ilə kəsilib, sement torbaları cırılıb. Məlumatda fabrikin fəaliyyətinin dayandırıldığı bildirilib.
Lafarge şirkəti baş verənləri "cinayətkar hərəkət" kimi qiymətləndirib. Bouc-Bel-Air meri Richard Mallie bildirib ki, fabrik zədə səbəbindən bir neçə həftə normal fəaliyyət göstərə bilməyəcək. Fəallar yaydıqları bəyanatda havanın çirklənməsinə işarə edərək fabrikin bacalarından "zəhər” buraxmağa davam etdiyini bildiriblər.
Hadisə ilə bağlı araşdırma başlayıb.
7NEWS.az