Fransanın cənubunda yerləşən Var departamentində iki hərbi təyyarə qəzaya uğrayıb. Azı beş nəfərin həlak olduğu xəbər verilir
Yerli prefektura rəsmilərin məlumatına görə, helikopterlər piyada qüvvələrinin aviasiya məktəbinə aid olub. Qəzanın səbəbləri barədə məlumat verilmir. Eyni zamanda, helikopterlərin havada toqquşmadan qəzaya uğrayıb-uğramadığı bəlli deyil.
Qəzaya uğrayan hava texnikasının "Gazelle” tipli çoxtəyinatlı helikopterlər olduğu bildirilir. Helikopterlər Kars gölü yaxınlığında yerə çırpılıb./oxu
İcmal.Az

























