Fransanın daxili işlər naziri Gerald Darmanin ölkədə pensiya islahatına qarşı davam edən nümayişlərdə 457 etirazçının saxlanıldığını, 441 mühafizəçinin isə yaralandığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, Fransada prezident Emmanuel Makron və hökumətinin təqdim etdiyi mübahisəli pensiya islahatına qarşı nümayişlər davam edir. Daxili işlər naziri Gerald Darmanin CNews-a bildirib ki, ölkə daxilində keçirilən etiraz aksiyalarında ümumilikdə 457 nəfər saxlanılıb, 441 təhlükəsizlik işçisi yaralanıb.
Darmanin yanvarın əvvəlindən bəri ən şiddətli etirazların şahidi olan Paris küçələrində 903 yanğının yandırıldığını bildirib.
7NEWS.az