Fransada apteklərdə dərman qıtlığının yaşandığı bu dövrdə internet üzərindən parasetamol satışı qadağan edilib.
7NEWS.az xəbər verir ki, Çində Covid-19 epidemiyasında baş verən artımlara görə, Fransa hökuməti 31 yanvar 2023-cü ilə qədər parasetamol aktiv dərmanların onlayn satışını qadağan edib.
Qərarda ölkədə 6 aydan artıqdır ki, parasetamol əsaslı dərmanların tədarük çatışmazlığı və Çində "Covid-19 epidemiyası partlayışı" göstərilib.
Fransa Milli Dərman Təhlükəsizliyi Agentliyi (ANSM) bir neçə ay ərzində əczaçılardan ağrı kəsici kimi istifadə olunan parasetamol aktiv Dolipran və Dafalganın nəzarətli tətbiqini tələb etmişdi.
7NEWS.az