Fransada qorxulu görüntü: Onlarla avtomobil YANDIRILDI

OXUNUB: 178 Özəl DÜNYA
Fransada zorakılıq Marsel şəhərinə sıçradıqdan sonra nümayişçilər yeni avtomobillərin yerləşdiyi dayanacaqda onlarla avtomobili yandırıblar.

7NEWS.az xəbər verir ki, Fransada nümayişçilər bu dəfə Marsel şəhərində yüzlərlə yeni avtomobilin saxlandığı avtoparkı yandırıblar. Yanmış onlarla avtomobil yararsız hala düşüb. Ölkədə zorakılıqlar davam edərkən, prezident Emmanuel Makron Daxili İşlər Nazirliyinin təcili böhran mərkəzində yüksək səviyyəli nazirlər və təhlükəsizlik rəsmiləri ilə görüşüb və etirazların 6-cı günündə 45 min polis əməkdaşı yerləşdirilib.

7NEWS.az

RƏYLƏR