Fransada supermarketə balta ilə hücum edilib: 3 YARALI

OXUNUB: 200 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Fransanın Hauts-de-France bölgəsində, Jeumont şəhərindəki Lidl supermarketində bir şəxs balta ilə insanlara hücum edib. Hadisə zamanı 2-si ağır olmaqla ümumilikdə 3 nəfər yaralanıb. Hücum edən şəxs daha sonra balta ilə intihara cəhd edib və özünə xəsarət yetirib. Hücumdan sonra hadisə yerinə çox sayda polis və təcili yardım göndərilsə də, hücumçunun sağlamlıq durumu ilə bağlı açıqlama verilməyib. Polis məmuru Fransa mətbuatına bildirib ki, hücumun səbəbi hələlik məlum deyil.

7NEWS.az

RƏYLƏR