Fransada yüksək inflyasiya səbəbindən qida, gigiyena və baytarlıq xidmətlərinin qiymətinin artması küçələrdə qalan ev heyvanlarının sayını artırıb.
7NEWS.az xəbər verir ki, Fransa Heyvanları Qoruma Dərnəyinin (SPA) prezidenti Jak-Şarl Fombonne, 2023-cü ilin birinci rübündə tərk edilmiş heyvanların sayında yüzdə 15 artım olduğunu, keçən il 7727 heyvan olduğunu və 8863 ev heyvanının küçələrə atıldığını bildirib.
7NEWS.az