Fransanın Normandiya bölgəsində sahil zolağında qasırğa baş verib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
7NEWS.az xəbər verir ki, Fransanın Normandiya bölgəsindəki Kalvados şəhərində fırtına baş verib. Güclü külək nəticəsində 1 nəfər həyatını itirib, 5 nəfər isə yüngül xəsarət alıb. Fırtınanın vurduğu bölgədə 30 dərəcə olan hava istiliyi bir neçə dəqiqə ərzində təxminən 15 dərəcə aşağı düşüb.
7NEWS.az