Qvatemalada Fueqo vulkanının fəaliyyəti ilə əlaqədar bölgədə 1054 nəfərin təxliyə edildiyi bildirilib.
7NEWS.az xəbər verir ki, Milli Fəlakətlərin Azaldılması Koordinasiya Agentliyindən edilən şərhdə, Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri olan 3763 metr yüksəklikdəki Fueqo yenidən aktivləşdi; Onun isti kül buludları səpdiyi bildirilir.
Açıqlamada isti kül buludlarının bölgədə 100 min insanı təsir edə biləcəyi qeyd edilib.
7NEWS.az