7NEWS.az xəbər verir ki, Cənubi Koreyalı mütəxəssislər Yaponiyada baş verən 9 bal gücündə zəlzələ və sunami nəticəsində zədələnmiş Fukusima Daiiçi Atom Elektrik Stansiyasında yığılan təmizlənmiş radioaktiv tullantı sularının nəzarətli şəkildə axıdılması ilə bağlı 6 günlük yoxlamanın nəticələrini açıqlayıblar. Yaponiyada aparılan yoxlamaların elmi araşdırma prosesinə mənalı töhfə verdiyini deyən Cənubi Koreya Nüvə Təhlükəsizliyi Komissiyasının sədri Yoo Geun-hee, "Ancaq daha dəqiq bir nəticəyə gəlmək üçün əlavə təhlil və araşdırma işləri aparmağı planlaşdırırıq" dedi.
7NEWS.az