"G20" sammitinin keçiriləcəyi Hamburq şəhərində "Porsche" mərkəzi yandırılıb.
İcmal.Az xəbər verir ki, avtomobillərin satışa çıxarıldığı Eidelstedt mərkəzində yanğın baş verib.
Gecə saatlarında baş verən yanğın qloballaşma əleyhinə çıxış edən qruplar tərəfindən törədilib. Nəticədə 12 lüks idman üslublu avtomobil kül olub. Yanğınsöndürənlər səhərə qədər alova qarşı mübarizə aparıblar.
Bu gün isə Hamburqda 100 mindən çox etirazçının nümayiş keçirəcəyi gözlənilir. Sammit vaxtı 20 min polis əməkdaşı təhlükəsizliyi qoruyacaq.
İcmal.Az

























