G7 Ukraynaya diplomatik və hərbi dəstəyi davam etdirəcək

OXUNUB: 193 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, G7 liderləri lazım gəldikdə Ukraynaya diplomatik və hərbi dəstək verəcəklərini vəd ediblər. Yaponiyanın Xirosima şəhərində keçirilən G7 Sammiti davam edir. Yaponiya hökumətinin bəyanatına görə, Ukrayna sessiyası sammitin kənarında keçirilib. Sessiyanın qonaq lideri, Ukrayna Prezidenti Vladimir Zelenski də iştirak edib. G7 liderləri lazım gəldikdə Ukraynaya diplomatik, maliyyə, humanitar və hərbi dəstək verəcəklərini vəd ediblər. G7 liderləri də Ukraynada sülhü bərpa etmək əzmində olduqlarını təkrarladılar.

7NEWS.az

RƏYLƏR