“Gecə canavarları” Azərbaycana gəlir

OXUNUB: 927 SOSİAL

Rusiyanın "Gecə canavarları” bayker klubunun motosikletçiləri Azərbaycana gələcək. 

İcmal.Az xəbər verir ki, bununla bağlı "Sputnik Özbəkistan” məlumat yayıb. 

Məlumatlara görə, motosiklet yarışı İkinci Dünya Müharibəsi zamanı birlik ölkələri liderlərinin Avropada "ikinci cəbhə”nin açılışı ilə bağlı razılaşmanın əldə olunduğu Tehran konfransının 75-ci ildönümü ilə bağlı keçiriləcək. 

Motosikletçilər qrupu artıq Ruisya və Qazaxıstan ərazilərini keçib, bu gün onlar Qırğızıstanın paytaxtına çatıblar. Daha sonrlar onlar Özbəkistandan və İrandan keçməklə Azərbaycana gələcəklər. 

İcmal.Az

RƏYLƏR