Gecə fermaya hücum: qadına təcüvüz, kişiyə ölüm

OXUNUB: 734 DÜNYA

Volqoqrad polisi çinli qadını zorlayan, ərini isə öldürən 6 xarici vətəndaşı həbs edib.

 Çinli qadın və əri 2017-ci ilin yazında Volqoqrada gələrək, torpaq icarə edib və fermer təsərrüfatı qurublar.

Bu il sentyabrın 23-də gecə çinli ailənin yaşadığı çadıra 6 nəfər hücum edib. Onlar ailənin çoxlu pulu olduğunu düşünüb və onları qarət etmək istəyiblər. Çadırda pul tapmayan qarətçilər qadına təcavüz edib, ərini isə çadırdan çıxararaq, naməlum istiqamətə aparıblar. Onlar orada çinli kişiyə işgəncə veriblər. Daha sonra isə onu bıçaqlayaraq, öldürüblər. Meyiti gizlədən canilər gizlənsələr də, 3 gündən sonra həbs ediliblər./teleqraf.com

 

İcmal.Az

RƏYLƏR