Gecələr məzarlıqda ağlayan qara paltar, qırmızı ayaqqabılı qız tapıldı - VİDEO - FOTO

OXUNUB: 1755 DÜNYA
Türkiyənin Çorum rayonunda 5 gecə ard-arda gəldiyi məzarlıqda ağlayan qızın tapıldığı, psixoloji problemlərə görə xəstəxanaya aparıldıqdan sonra ailəsinə təhvil verildiyi ortaya çıxıb.
 

İcmal.Az Haberler-ə istinadən xəbər verir ki, gənc qız evində tapılıb. 

Qəbiristanlıq səlahiyyətliləri 26 aprel gecəsi qara geyimli, ayağında qırmızı ayaqqabıları olan bir gənc qızın məzarlığa gələrək, Fatma Çiftçiyə aid qəbrin yanında ağladığını görüblər. Səlahiyyətlilər 27, 28 və 29 aprel gecələri də gənc qızı eyni məzarın başında ağlayarkən görüblər.

Qız həmin yerdə 1 may gecəsi yenidən ortaya çıxıb. Məzar üstünə gələn qız polisin əlindən son anda qaçmağı bacarmışdı.

 

İcmal.Az

Gecələr məzarlıqda ağlayan qara paltar, qırmızı ayaqqabılı qız tapıldı

Gecələr məzarlıqda ağlayan qara paltar, qırmızı ayaqqabılı qız tapıldı - VİDEO - FOTO

RƏYLƏR