Gədəbəydə ağır qəza: ölənlər var

OXUNUB: 620 HADİSƏ

Gədəbəydə iki avtomobil toqquşub, ölən və yaralananlar var.  

İcmal.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Gərgər kəndində baş verib. 

Hərəkətdə olan iki "VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onlardan sürücülər 1973-cü il təvəllüdlü Qarayev Nail və 1974-cü il təvəllüdlü İsmayılov Aydın xəstəxanada ölüblər. 

Yaralılardan iki nəfəri Gəncədə olan xəstəxanalardan birinə aparılıb. 

Faktla bağlı araşdırma aparılır. 

İcmal.Az

RƏYLƏR