Gələn il Yerin Günəşə ən yaxın və uzaq olacağı VAXT

OXUNUB: 600 SOSİAL

Gələn il ərzində Yerin Günəşə ən yaxın məsafəsi yanvarın 3-ü, saat 09:36-da baş verəcək.

İcmal.Az xəbər verir ki, bu barədə Report-a açıqlamasında AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov bildirib. Onun sözlərinə görə, həmin vaxt Yer Günəşə ən yaxın nöqtədə olacaq: "Bu məsafə Yerlə Günəş arasındakı orta məsafədən, yəni 149 milyon 600 min km-dən 2,5 milyon km məsafə az olacaq”.

Mütəxəssis onu da qeyd edib ki, Yerin Günəşdən ən uzaq məsafəsi isə iyulun 6-na təsadüf edəcək: "Bu proses saat 20:48-də olacaq. Bu zaman Yer Günəşdən orta məsafədən 2,5 milyon km uzaq olacaq”. 

İcmal.Az

RƏYLƏR