Gəlin toya gedəndə həlak oldu - VİDEO

OXUNUB: 1009 DÜNYA

Rouzmariya Nasimente da Silva uşaqlıqdan arzulayırdı ki, toyu qeyri-adi, yaddaqalan olsun. O, nikah zamanı kilsənin qarşısına helikopterdə enmək istəyirdi.

Braziliyanın San-Paulu şəhərində yaşayan 32 yaşlı Rouzmariyanın toyu elə həmin şəhərdə oldu.

Rouzmariya sevgilisi Uderli Damasçeno ilə ailə quracaqdı.

Rouzmariya helikopterə mindi. Onu qardaşı Silvano Nasimento da Silva hamiləliyin 6-cı ayında olan fotoqraf Nayla Kristina Neves müşayiət edirdi. Helikopteri pilot Peterson Pinyeru idarə edirdi.

Helikopter səmaya qalxıb, lakin az sonra qəflətən fırlanmağa və yerə düşməyə başlayıb.

Nikahın olduğu kilsəyə 1 kilometr qalmış helikopter yerə düşüb və alışıb yanmağa başlayıb.

 

Qəzadan kimsə sağ çıxmayıb.

Nikaha və toya dəvət olunmuş 300 qonaq isə gəlinin gecikdiyini görəndə narahat olublar. Onlar Rouzmariyanın həlak olduğunu bilmirdilər./milli

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qəza anı anbaan kameraya düşdü -1

RƏYLƏR