Gəlini toya aparan helikopter qəzaya uğradı - VİDEO

OXUNUB: 2248 DÜNYA

Braziliyanın San-Paulu ştatında gəlinin olduğu helikopter toy mərasiminə uçarkən qəzaya uğrayıb və yanıb. 

İcmal.Az "RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı "Globo” telekanalı məlumat yayıb.

Xoşbəxtlikdən hadisə zamanı gəlin xəsarət almayıb. Helikopterdəki digər üç nəfər yaralanıb. Qəzaya rəğmən, toy təxirə salınmayıb. Gəlin avtomobillə toy mərasiminə çatdırılıb. 

Şahidlərdən birinin sözlərinə görə, helikopter enişə hazırlaşarkən qəzaya uğrayıb. 

İcmal.Az

RƏYLƏR