“Gənc Mülki Müdafiəçilər” düşərgəsinə yekun vurulub

OXUNUB: 263 Özəl SOSİAL
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və "İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuş "Gənc Mülki Müdafiəçilər” düşərgəsinə yekun vurulub.
"İRƏLİ” İctimai Birliyinin Mətbuat xidmətindən 7News.Az-a məlumat verilib ki, düşərgənin təşkil edilməsində əsas məqsəd vətəndaş cəmiyyətinin fövqəladə hallara effektiv cavab verməsi, gənclərdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, onların mülki müdafiə sahəsində biliklərinin, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi olub.
Layihəni uğurla başa vuran iştrakçılara müvafiq sertifikatlar təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov və "İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı iştirak edib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, düşərgədə iştirak edən gənclər mülki müdafiə və fövqəladə hallarla mübarizənin müxtəlif istiqamətləri üzrə geniş nəzəri və praktiki biliklərə yiyələniblər. Təlim günlərində Fövqəladə Hallar Nazirliyinin yüksək ixtisaslı əməkdaşları tərəfindən "Gənc Mülki Müdafiəçilər” düşərgəsinin iştirakçılarına kollektiv mühafizə qurğuları və onlardan istifadə, yanğın təhlükəsizliyinin təmin olunması, çadır şəhərciyinin qurulması, axtarış-xilasetmə işinin təşkili, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi, xilasetmə alət və avadanlıqları və onların tətbiqi, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və digər mövzularda biliklər aşılanıb.
Qeyd edək ki, layihəni uğurla başa vuran gənclər fövqəladə hallar zamanı könüllü olaraq iş prosesində yaxından iştirak edə biləcəklər.
 






 

RƏYLƏR