İngiltərəli 20 yaşlı Keti Stroxorn onu döyərək bətnindəki uşağın tələf olmasına səbəb olan sevgilisini məhkəmə zalında bağışlayıb.
O, sevgilisi Djek Battervorfla ötən il tanış olub. Sonradan sevgilisinin ondan hamilə qaldığını bilən oğlan onunla çox əsəbi davranmağa başlayıb. 36 həftəlik hamilə qalan Ketinin qarnına zərbəylə vuraraq onu yerə yıxıb və yerdə də onu döyüb. Çoxlu qan itirən qız xəstəxanaya çatırılıb. Həkimlər zərbənin gücündən ölən uşağı əməliyyat edərək ananın bətnindən götürüblər.
Uşağının sevgilisi tərəfindən qətlə yetirildiyini polisə şikayət edən qız məhkəmədə onu bağışlayıb. Qız hakimə sevgilisinin onu bilmədən vurduğunu bildirib. Qız onu bağışlamaqla sevgilisindən ayrılmaq istəmədiyini deyib.
Ketinin fotolarını təqdim edirik. /moderator
İcmal.Az



























