Gəncədə ağır qəza: Ölənlər var – YENİLƏNİB + FOTO

OXUNUB: 594 HADİSƏ

Gəncədə ağır qəza nəticəsində ölənl’rin kimliyi müəyyənləşdirilib.

İcmal.Az-ın APA-nın qərb bürosuna istinadla xəbərinə görə, onlardan biri 1994-cü il təvəllüdlü Nagıyev Nicat Nüsrət oğlu, digəri 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğludur. 

***

00.17

Gəncədə iki nəfərin ölümü ilə nəticələnən qəzanın ilkin səbəbi bəlli olub. 

İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, ilkin ehtimala görə, hərəkətdə olan avtomobilin qarşısına it çıxıb. 

İti vuran avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. 

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Meyitlər deformasiyaya uğrayan avtomobilin salonundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

02.11.2017 23:12

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. 

İcmal.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza şəhərin qərb çıxışında, Gəncə-Şəmkir avtomobil yolunda qeydə alınıb. 

"Mercedes” markalı avtomobilin aşması nəticəsində iki nəfər – sürücü və sərnişin dünyasını dəyişib. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən  araşdırma aparılır. 

İcmal.Az

RƏYLƏR