Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

OXUNUB: 630 HADİSƏ

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Hadisə şəhərin qərb çıxışında qeydə alınıb.

 

Hərəkətdə olan iki "VAZ” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər Şəmkir rayon sakinləri, 1993-cü il təvəllüdlü Mirməmmədov Rəşad, 1988-ci il təvəllüdlü Cəfərzadə Vaqif və 1993-cü il təvəllüdlü Hüseynov Natiq müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır./apa

 

 

İcmal.Az

RƏYLƏR