Gəncədə mənzildə partlayış olub

OXUNUB: 498 SOSİAL

Gəncədə mənzildə su qızdırıcısı partlayıb.

İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə şəhərin Sadıllı qəsəbəsində qeydə alınıb.

Orada yaşayan 1964-cü il təvəllüdlü İsmayılova Məhəbbət Nağı qızı qazla işləyən su qızdırıcısını işə salarkən partlayış baş verib. 

Hadisə nəticəsində qadın sifətin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

İcmal.Az

RƏYLƏR