Gəncədə qadın işlədiyi marketdə əri tərəfindən bıçaqlanıb

OXUNUB: 1036 HADİSƏ

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Gəncə şəhər Məhsəti qəsəbə sakini, 1999-cü il təvəllüdlü Ələsgərova Sevinc Telman qızı çalışdığı marketdə keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Çoxsaylı bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib vəziyyətinin ağır olduğu bildirilir.

Onların bir övlad sahibi olduğu da bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR