Gəncədə qətl törədildi - YENİLƏNİB

OXUNUB: 1441 HADİSƏ

Gəncədə qətlə yetirilən şəxsin kimliyi məlum olub.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, küçədə meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Cəmşidzadə Vicay Qabil oğlu olduğu müəyyənləşib.

 Hadisəni törədənin kimliyi məlum deyil, fakt araşdırılır.

***


Gəncədə qətl hadisəsi törədilib.

İcmal.Az APA-ya istinadla xəbər verir ki, gecə saat 01:00  radələrində şəhərin Dədə Qorqud küçəsində üzərində bıçaq xəsarətləri olan cavan yaşlarında kişi aşkarlanıb.

Xəstəxanaya aparılsa da, onun artıq öldüyü məlum olub. Qətlə yetirilən şəxsin kimliyi məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR