"Gəncliyin səsi" festivalı başladı - Bəzi gənclər mükafatlandırıldı - FOTO

OXUNUB: 612 SOSİAL

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Gəncliyin səsi" festivalına start verilib.

Bakı Xoreoqrafiya Akademiyasından (BXA) İcmal.Az-a verilən məlumata görə, açılış tədbirində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək, Azərbaycan gənclərini 2 Fevral - Gənclər Günü ilə bağlı təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra nazir Ə.Qarayev ölkənin ictimai-siyasi və mədəni həyatında xüsusi fəallıq göstərən gəncləri mükafatlandırıb. Mükafat alan tələbələr sırasında Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin tələbələri Nərmin Quliyeva, Zəhra Tanrıverdiyeva, Aza Nurullayeva da olub. Onlar 2017-ci il ərzində ölkənin mədəniyyət sahəsində bilik və bacarıqlarına, yaradıcılıq nailiyyətlərinə, nümayiş etdirərək göstərdikləri xüsusi fəallığa görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diplomla təltif olunublar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "2 fevral- Gənclər günü kimi qeyd olunması haqqında" Sərəncamına,  habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə"  Dövlət Proqramına əsasən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2-6 fevral 2018-ci il tarixində ənənəvi "Gəncliyin səsi" festivalı keçiriləcək.

 

İcmal.Az

RƏYLƏR