"Medistyle" (MediStyle Hospital) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yenidən vergi borcu yaranıb.
"MediStyle Hospital"ın hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə hazırda 70.503,85 AZN vergi borcu var.
Qeyd edək ki, ötən il MMC-nin nizamnamə kapitalı 279.095 manatdan 100 manata endirilib.
Xatırladaq ki, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə məxsus olduğu deyilən "MediStyle Hospital"a uzun müddət onun bacısı oğlu İmran Ağayev rəhbərlik edib. O, həmçinin klinikanın təsisçisidir. Hazırda "MediStyle" MMC-nin qanuni təmsilçisi orada uroloq-androloq işləyən Əhmədov Ramil Famil oğludur.



















