Gömrük məmuru 100 min dollarlıq maşınını satışa çıxardı - FOTOFAKT

OXUNUB: 1047 GÜNDƏM İQTİSADİYYAT
Azərbaycanın yüksək vəzifəli dövlət məmuru bahalı avtomobilini satışa çıxarıb. O bununla bağlı avtomobil satışı saytlarında elan yerləşdirib. Satışla bağlı elandan məlum olur ki, avtomobilin sahibi Xəqani Məmmədov adlı şəxsdir.

X.Məmmədov Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışır.
Onun satışa çıxardığı avtomobil "Ford” korporasiyası tərəfindən 2000-ci ildə xüsusi sifarişlə yığılıb və lüks seqmentinə aiddir. "Lincoln Town Car” model avtomobilin dəyəri 100 min dollardır (170 min manat). Elanda qeyd edilir ki, avtomobil 20 il əvvəl alınsa, da çox sürülməyib.

Qeyd edək ki, bahalı avtomobilini satışa çıxaran məmur Azərbaycanın tanınmış müğənnisinin övladıdır.

P.S. Məqalədə qeyd edilən bütün faktlar mediada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.Sfera.az
 
RƏYLƏR