Gömrükdə əməliyyat: Pirotexniki vasitələr ələ keçdi

OXUNUB: 641 HADİSƏ

Gömrükdə xeyli sayda pirotexniki vasitələr müsadirə edilib.

Dövlət Gömrük Komitəsindən İcmal.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı zamanı, nəqliyyat vasitəsinin arxa oturacağının altında və baqajın xüsusi düzəldilmiş saxlanc yerində 450 qutu pirotexniki vasitə aşkarlanıb.

Bundan başqa, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin sağ və sol "karniz"lərinin içərisində 355 ədəd pirotexniki vasitə aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR