"Google" mətni musiqiyə çevirən süni intellekt hazırlayıb

OXUNUB: 214 Özəl DÜNYA
"Google" tədqiqatçıları yazılı əmrlərdən musiqi yaratmaq üçün yeni süni intellekt sistemindən istifadə edən proqram hazırlayıblar.

7NEWS.az xəbər verir ki, texnologiyada yeni bir dövrün qapısını açan "DALL-E" və "ChatGPT"dən sonra bu dəfə musiqi üçün süni intellekt addım atdı.
"Google" şirkəti mətni musiqiyə çevirən "MusicLM" adlı süni intellekt texnologiyası hazırlayıb.

"MusicLM", "DALL-E"nin mətnlər vasitəsilə şəkillər yaratmasına bənzər, fitli və ya uğultu melodiyasını digər alətlərə çevirərək mətn göstərişlərindən dəqiqəbə dəqiqə musiqi parçaları yarada bilər.

7NEWS.az

RƏYLƏR