Goranboy icra başçısı köməkçisi sükan arxasıda, sərxoş vəziyyətdə adam vurdu: HADİSƏ GİZLƏDİLİR

OXUNUB: 573 Özəl HADİSƏ SOSİAL
7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva paylaşım edib: "Aldığım məlumata görə, Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin köməkçisi Əliyev Ülvi Xasay oğlu, bir neçə gün öncə sərxoş vəziyyətdə həmkəndlisi (Goranboy rayon Qaradağlı) kənd sakini Vəliyev Hazar Ehtiram oğlunu maşınla vurub.
Hadisə zamanı Hazar hər iki ayağından ciddi xəsarət aldığından əməliyyat olunub, lakin vəziyyəti ağırdır. Hadisə, Bakı -Qazax yolunundan  Dəliməmmədli şəhərinin girişinə gedən hissədə "Tac" şadlıq sarayının qarşısında baş verib. İcra başçısı Məhərrəm Quliyevin istəyi ilə hadisə gizli saxlanılıb."

RƏYLƏR