Goranboyda marketdə qətl törədən şəxslər saxlanıldı

OXUNUB: 848 HADİSƏ

Goranboy rayonunda marketə hücum edərək qətl törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə İcmal.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakinləri Zülfiqar Cəbrayılovu qətlə yetirməkdə, Zeynalabdin Həsənov, Fəxrəddin Məmmədov, Anar Hətami və Nicat Əliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Saləddin Quliyev və qrupun digər üzvü - Daşkəsən rayon sakini Rəvan İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər.

İcmal.Az

RƏYLƏR