Güclü zəlzələ: 82 yaralı

OXUNUB: 526 DÜNYA

İranın cənub-qərbində yerləşən Kohgiluyə və Boyer-Əhməd ostanında baş verən zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb.

İcmal.Az bununla bağlı IRNA agentliyinə istinadla xəbər verir. 

Zəlzələ dünən yerli vaxtla gecə yarısı Yasuc şəhərini yaxınlığında baş verib. Yeraltı təkanların gücü 5,1 bal olub. 

Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib. Həkimlər hadisə yerində 71 nəfərə tibbi yardım göstərildiyini, 11 nəfərin xəstəxanaya yerləşdirildiyini bildiriblər.

Qeyd edək ki, ötən həftə Yasuc şəhərinin şimal-qərbində baş verən 5,3 bal zəlzələ nəticəsində 133 nəfər xəsarət almışdı.

İcmal.Az

RƏYLƏR