Güləşçilərimiz mübarizəyə başlayır

OXUNUB: 908 İDMAN

Sabah İslam Həmrəylik Oyunlarında güləş yarışlarına start veriləcək.

 

İcmal.Az xəbər verir ki, ilk olaraq xalçaya yunan-Roma güləşçiləri çıxacaq. 

Artıq yarışların püşkü də atılıb. İdmançılarımız rəqiblərini tanıyıblar. 

1/8 finaldan azad olan 59 kq çəki dərəcəsində Murad Məmmədov ¼-də iranlı M. Nourbaxşla üz-üzə gələcək. 

71 kq çəkidə komandamızın lideri Rəsul Çunayev ¼ finalda əlcəzairli A. Boudjemline ilə qarşılaşacaq. 

80 kq-da Rafiq Hüseynov ¼ finalda qırğızıstanlı A. Azisbekovla qüvvəsini sınayacaq.

98 kq çəkidə Orxan Nuriyev də ¼ finaldan yarışa start verəcək. O, özbəkistanlı R. Assalakovla güləşəcək. 

 
İcmal.Az

RƏYLƏR