Günahsız adamlara “vampir” damğası vurub qətlə yetirdilər - ÖLKƏ QARIŞDI

OXUNUB: 710 DÜNYA

Afrikanın cənubi şərqində yerləşən Malavidə ölkə bir-birinə qarışıb.

Yerli hüquq-mühafizə orqanları vampir olduğunundan şübhələnərək 8 nəfəri qətlə yetirən 140 nəfəri həbs edib.

Vampir qorxusu üzündən bəzi bölgələrdə küçəyə çıxmaq da qadağan edilib.

İki kənddə üst-üstə 8 nəfər öldürülüb.

Malavi Daxili İşlər naziri Nikolas Dausi oktyabrın əvvəllərində pomadanı çox çəkdiyi üçün qan içdiyi ehtimal olunan qadının öldürülməsini bədbəxt hadisə kimi qiymətləndirib.

Polisin məlumatına görə, öldürülənlərdən biri yandırılıb, biri isə linç edilib.

Digər tərəfdən, insanları qanlarını içəcəyi ilə hədələyən iki nəfər nəzarətə götürülüb.

Maraqlıdır ki, vampirlərin hücumundan danışılsa da, heç kim həkimə müraciət etməyib.

Hökumət vampir mövzusunun cəfəngiyyat olduğunu bildirib və günahsız insanların qətlə yetirilməsini lənətləyib./publika

 

İcmal.Az

RƏYLƏR