Gürcüstan prezidenti etirazçıların qarşısına çıxdı

OXUNUB: 793 DÜNYA

Gürcüstan prezidenti Georgi Marqvelaşvili Tbilisidə yeniyetmənin ölümü ilə bağlı aparılan istintaqa və məhkəmə qərarına etiraz edən kütlənin qarşısına çıxıb. 

İcmal.Az TASS agentliyinə istinadla xəbər verir ki, bundan əvvəl Gürcüstan baş prokuroru etiraz aksiyalarına görə istefa verib.

Hazırda etirazçılar hökumətin istefasını tələb edirlər. 

Marqvelaşvili öldürülən yeniyetmənin atası, aksiyanın təşkilatçısı Zaza Saralidzenin olduğu çadıra girib və onunla danışıqlar aparıb. Danışıqlarda Gürcüstan Təhlükəsizlik Şurasının sədri David Rakviaşvili də iştirak edib.

İcmal.Az

RƏYLƏR