Göyçayda ağır yol qəzası, ölən var

OXUNUB: 928 HADİSƏ

Göyçay rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. 

Hadisə bu gün saat 13:30 radələrində Göyçay-Ucar avtomobil yolunun 1-ci kilometrliyində qeydə alınıb. 

Yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin öldüyü, iki nəfərin ağır xəsarət aldığı bildirilir. Xəsarət alanlar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ölən və xəsarət alanların adları hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./apa

 

İcmal.Az

RƏYLƏR