Göyçayda iki avtomobil toqquşub - xəsarət alanlar var

OXUNUB: 586 HADİSƏ

Göyçay rayonunda yol qəzası baş verib.

Hadisə şəhərin Nizami küçəsində baş verib.

Rayon sakini, 1983-cü il təvəllüdlü Həsənov Nurlan Zakir oğlunun idarə etdiyi "VAZ" markalı avtomobil rayon sakini, 1989-cu il təvəllüdlü Xəlilov Adil Şahib oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

A.Xəlilov ağır kəllə-beyin travması aldığından xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./trend

İcmal.Az

RƏYLƏR