Göyçayda toyda KÜTLƏVİ DAVA: Ucar sakini bıçaqlandı

OXUNUB: 472 HADİSƏ

Göyçay rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib.

Rayondakı şadlıq saraylarından birində keçirilən toy mərasiminin qonaqları arasında baş verən dava zamanı Ucar rayonu Qaracallı kənd sakini, 1987-ci il təvəllüdlü Kamil Əhmədov bıçaq xəsarəti aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./apa

İcmal.Az

RƏYLƏR