Göyçayın deputatı Sabir Hacıyev sərt tənqid edildi: "Yoxdur ortada, UNO-lar aparıb"

OXUNUB: 743 Özəl GÜNDƏM HADİSƏ

7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Elşad Məmmədli status paylaşıb: "Göyçayın 15 illik bir deputatı var, Sabir Hacıyev. Bu adam mifdir: İddia olunur ki, hər dəfə parlament seçkiləri bitəndən dərhal sonra UNO-lar onu götürür, Yer kürəsindən aparır. Düz 5 il seçicilər onun taleyindən xəbər tuta bilmir. Növbəti seçkidə UNO-lar endirir onu Yerə. Son seçkidən, 2020-nin martından sonra yenə UNO-lar götürüb aparıb kişini. Müharibə dövründə də görünmədi. Müharibə bitib, indi yenə də bir şəhidin, qazinin, yaralının qapısını açmır rayonda.
UNO-lar imkan vermir gəlsin Yerə."
Status sosial mediada birmənalı qarşılanmayıb. Hər kəs seçkidən seçkiyə üzə çıxan deputatların saytının kifayət qədər çox olduğunu deyib.
7NEWS.az

RƏYLƏR