Göyərtəsində azərbaycanlıların olduğu gəmi saya oturdu

OXUNUB: 898 DÜNYA

Cümə günü axşam saatlarında Yunanıstanın Traqonisi adası yaxınlığında Panama bayrağı altında üzən "Little Seyma” gəmisi saya oturub.

İcmal.Az-ın "Moskovski Komsomoleç” nəşrinə istinadən məlumatına görə, göyərtəsində doqquz ukraynalı və üç azərbaycanlı olan gəmi 2700 ton Rusiya ununu daşıyırdı. Yük Kipr adasının cənub-şərqində "Famaqusta” liman şəhərinə çatdırılmalı idi.

Gəminin ekipaj üzvləri sahil mühafizə xidməti tərəfində təxliyyə olunub. 

İcmal.Az

RƏYLƏR