Göygöldə 22 yaşlı oğlan özünü xurma ağacından asdı

OXUNUB: 513 HADİSƏ

Göygöl rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayon mərkəzində Dilqəm Verdiyev küçəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1995-ci il təvəllüdlü Heydər Nurəddin oğlu Məmmədov yaşadığı evin həyətindəki xurma ağacından özünü iplə asıb. Yaxınları hadisədən gec xəbər tutduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

 

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb./trend

 

İcmal.Az

RƏYLƏR