Hacıqabulda dəhşətli yol qəzası - Sürücü öldü, 6 yaşlı övladı isə...

OXUNUB: 1299 HADİSƏ
Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

"Tofaş” markalı "10 CC 011" dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücü - Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR