Hacıqabulda maskalı şəxslər evə BASQIN ETDİ

OXUNUB: 860 HADİSƏ
Hacıqabulda evə basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İcmal.Az verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da şəhər sakini Qızqayıt Vəliyevanın həyətinə qarət məqsədi ilə girib onu və qızı Rəhiməni bıçaqla hədələyən, lakin səs-küy yarandığından istədiklərinə nail ola bilməyib, hadisə yerindən qaçmaqda şübhəli bilinən şəhər sakini Şamxal Şirinov tutulub, digər 1 nəfər isə müəyyən edilib.

Evə basqın edən şəxslər maskalı olublar.
 
İcmal.Az

RƏYLƏR